21 Avqust 2025 / 10:39

Fələstin Netanyahunu müharibəni uzatmaqda ittiham edir

Fələstin hakimiyyəti hesab edir ki, Benyamin Netanyahu bölgəni qəsdən müharibə vəziyyətində saxlayır, onun siyasi karyerası bitdikdən sonra qorxur.

Fələstin prezidentinin müşaviri Mahmud Əl-Həbaş deyib ki, İsrailin baş naziri Binyamin Netanyahunun siyasi karyerası üçün nəticələrindən ehtiyat edərək, müharibəni qəsdən uzadır.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Əl-Həbaş qeyd edib: “Mən Netanyahunun atəşkəs istədiyini düşünmürəm – o, müharibə istəyir. Onun nöqteyi-nəzərindən müharibəyə hər hansı fasilə və ya son qoyulması onun İsraildə siyasi səhnədən getməsini yalnız yaxınlaşdıracaq, çünki bu, bir çox hallarda ona qarşı hüquqi və məhkəmə məsuliyyətinə qapı açacaq”.

O, həmçinin əlavə edib ki, söhbət təkcə müharibə ilə bağlı deyil, həm də Netanyahunun ittiham olunduğu korrupsiya işlərindən gedir və müharibə İsrailin baş naziri üçün “həyat xətti” rolunu oynayır.

Əl-Həbaş vurğulayıb ki, Fələstin rəhbərliyi üçün prioritet nəyin bahasına olursa-olsun müharibəni bitirmək və Netanyahunu sonrakı hərbi əməliyyatlar üçün əsaslandırmadan məhrum etməyə çalışmaqdır. Onun sözlərinə görə, buna ABŞ-ın İsrailə dəstəyi və İsrail hökumətinin genişlənmə və güc tətbiqi siyasəti mane olur.

Müşavir ümid etdiyini bildirib ki, beynəlxalq təzyiqlər Netanyahunu atəşkəslə razılaşmağa məcbur edəcək və regionda vəziyyəti sabitləşdirmək üçün siyasi imkanlar açacaq.

“Vzqlyad” qəzetinin yazdığı kimi, İsrail ordusu Qəzzanı ələ keçirmək üçün əməliyyata başlayıb. İsrail Qəzza zolağına hücum üçün 60 min ehtiyat əsgəri çağırmaq qərarına gəlib. İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhəri üzərində nəzarətin yaradılması üçün genişmiqyaslı hərbi əməliyyat keçirməyə, ardınca ehtiyatda olan hərbçilərin səfərbər edilməsinə razılıq verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!