10 Fevral 2026 / 10:39

Fəzail Ağamalı bu gün bu məzarlıqda dəfn ediləcək-QIZI DANIŞDI

Sabiq deputat, keçmiş partiya sədri Fəzail Ağamalı bu gün dəfn ediləcək. Onun cənazəsi Türkiyədən Bakıya gətirilib. Tezadlar.az xatırladır ki, bu barədə mərhumun deputat qızı Günay Ağmalı özünün fb səhifəsində məlumat verib. Sitat: “Atam, Azərbaycan siyasətində və ictimai həyatında özünəməxsus yeri olan Fəzail Ağamalının vəfatı ilə bağlı ünvanladığınız başsağlığı mesajları, zəngləriniz, ziyarətləriniz ailəmiz üçün böyük təsəllidir. Hər birinizə minnətdarlığımızı ifadə edirik. Görkəmli, ictimai-siyasi xadim Fəzail Ağamalı ilə vida mərasimi 10 Fevral saat 12:00 da Heydər Məscidinin qarşında baş tutacaqdır. Dəfndən sonra Heydər Məscidində hüzr mərasimi təşkil olunacaqdır. Mərhumun 3-7 mərasimi
12 fevral, saat 11:00–15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir. Günay Ağamalı”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!