Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Keçmiş millət vəkili Fəzail Ağamalı dünyasını dəyişib. Bu barədə Tezadlar.az-a sabiq millət vəkilinin partiya silahdaşları məlumat verib. F.Ağamalı az əvvəl Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı da faktı təsdiq edib.
Qeyd edək ki, Fəzail Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi. O, şəkər xəstəliyindən və təzyiqdən əziyyət çəkirmiş.
Allah rəhmət eləsin.