Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2024 / 11:11

FHN-İN ƏMƏKDAŞI KARATE ÜZRƏ BEYNƏLXALQ TURNİRDƏ UĞUR QAZANIB

27-28 iyul 2024-cü il tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində Döyüş sənətləri akademiyasının (Martial Arts Academy) arenasında Rusiya Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında “Russia Open” beynəlxalq karate turniri keçirilib.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, turnirdə 9 ölkədən 700-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandası 46 nəfərdən ibarət idmançı ilə iştirak edərək yüksən nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, Azərbaycan karate üzrə milli yığma komandasının üzvü və FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı leytenant Murad Hacızadə +84 kq çəki dərəcəsində kumite yarışlarında 3 döyüş keçirərək bürünc medalın sahibi olub. Murad Hacızadə karate üzrə Avropa, şotokan karate üzrə isə dünya çempionudur.

Qalibə Rusiya Karate Federasiyasının diplom və medalı təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!