Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 12:52

FHN-in Bakı Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Kooperasiya Universitetində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə FHN-in müvafiq qurumlarının əməkdaşları, universitetin pedaqoji kollektivi və tələbələr iştirak edib.

Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru, iqtisad elmləri doktoru Fikrət Quliyev və digər çıxış edənlər Dahi Rəhbərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Heydər Əliyev adının milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını qeyd ediblər. Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirən natiqlər, bu istiqamətdə Ümummilli Liderin müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.

Vurğulanıb ki, Heydər Əliyevin xalqın tələb və təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirilir. Xalqımız qürurla ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının sevincini yaşayır.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!