19 Noyabr 2023 / 17:09

FİNLANDİYA SƏRHƏDÇİLƏRİ SƏRHƏDDƏ PROBLEMLƏR YARADACAQ

Finlandiya sərhədçiləri Rusiya ilə sərhəddə uzunmüddətli problemlərə hazırlaşır.

Bu barədə Kainuu sərhəd dəstəsinin komandir müavini Tomi Tirkkonen Yle-yə verdiyi şərhdə bildirib.

Onun sözlərinə görə, hazırda sərhəddə vəziyyət sakitdir və tam nəzarət altındadır.

“Gələcəkdə onun bizim nəzarətimizdə qalacağına hazırlaşırıq. Buna görə də biz hazırlığı artırır və sərhəd-keçid bölgəsində tikinti işləri aparırıq”, – Tirkkonen deyib.

Bundan əvvəl Finlandiya sərhədçiləri Rusiya ilə sərhəddə bir qrup şəxsə qarşı qazdan istifadə ediblər.

Finlandiya parlamentində də ruslar sərhəd-keçid məntəqəsinin bağlanmasına qarşı aksiya keçirib.

Bundan əlavə, minlərlə Finlandiya sakininin Rusiya ilə sərhədin bağlanmasına qarşı müraciət imzaladığı məlum olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!