4 Oktyabr 2025 / 19:35

Finlandiya Avropa liderlərinin “Rusiya təhlükəsi” ilə bağlı psixozunu pisləyir

Bütövlükdə Avropa Rusiyadan gələn xəyali təhlükə səbəbindən son dərəcə dəhşətli vəziyyətdədir.

Tezadlar.az xəbər verir ki, Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema sosial şəbəkəsində yazıb.

Gənc siyasətçi Avropa liderlərinin narahatlığını pisləyib və qeyd edib ki, Rusiyanın Aİ-yə hücumunun səbəbləri “tamamilə anlaşılmazdır”.

“Bu, əsl psixozdur”, – Mema deyib.

Bundan əvvəl britaniyalı analitik Aleksandr Merkuris bildirmişdi ki, Valday Klubunun Soçidə keçirilən son toplantısındakı ab-hava Aİ-nin Kopenhagen sammitindəki atmosferdən köklü şəkildə fərqlənir, burada inam əvəzinə “qəzəb və qorxu hiss olunurdu”.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin çıxışı zamanı həmişə olduğu kimi, inamlı və hazırcavab olub. O əlavə edib ki, dövlət başçısının “vəziyyətin getdikcə daha çox onun xeyrinə dəyişdiyini” başa düşdüyü aydındır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!