Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Firidun Şuşinski 16 yaşında məktəbi bitirir. Lakin Böyük Vətən Müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq hərbi komissarlığa ərizə ilə müraciət edir.
Yaşı az olduğundan ərizəsinə müsbət cavab ala bilmir.Yalnız bir gözlənilməz hadisə onun cəbhəyə getməsinə “yol açır”. Həmin il Şuşaya həmişəkindən daha çox qar yağmışdır. Şuşa camaatı xizək sürmək üçün “Bazarbaşı” deyilən yerə toplaşmışdılar. Firidun başında buxara papaq buz üzərində sürüşənlərə tamaşa edir. Bu zaman milliyyətcə erməni olan şəhər prokuroru gümüşü qoyun dərisindən papaq qoymuş Firidunu görüb, yanına çağırır. Başına qoyduğu papağın yaşına uyğun olmadığını səbəb gətirərək ondan almaq istəyir. Orta məktəbi yenicə bitirmiş, ötkəm, qabağından yeməyən, hazırcavab Firidun özünü təhqir olunmuş hesab edib, prokurora sərt şəkildə “kişiyə papaq yaraşar”, -deyib, uzaqlaşır. Bu təhqirə dözə bilməyən prokuror “ağzından süd iyi gələn” uşaqdan qisas almaq qərarına gəlir və Firidunun müharibəyə gedişini tezləşdirir… O, müharibənin sonuna qədər alman faşistlərlə döyüşür və ordunun qalib əsgəri kimi bir çox orden və medallarla Vətənə dönür. Müharibədən qayıdan kimi təhsilini davam etdirmək qərarına gəlir. 1946-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verir və qəbul olur. Bu onun erməni prokurora cavabı olur…
Aslan Kənan,
Tədqiqatçı
(Xüsusi olaraq «Təzadlar» üçün)