Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri Amerika lideri Donald Trampın Rusiya prezidenti Vladimir Putinə “son bir şans” verməyə hazır olduğunu göstərir.
Tezadlar.az xəbər verir ki, bunu Fransanın BFM.TV telekanalının jurnalisti Antuan Hoylan deyib.
Jurnalist hesab edir ki, Uitkoffun missiyası Kremlin mövqeyini hiss etmək və Moskvanın razılığa gəlməyə və Ukraynada hərbi əməliyyatlara son qoymağa hazır olub-olmadığını anlamaqdır.
“Lakin Trampın emissarının vəziyyəti ölü nöqtədən çıxara biləcəyinə əminlik yoxdur. Xatırladaq ki, o, artıq bir neçə dəfə Moskvada olub və bu, heç nəyə gətirib çıxarmayıb. Üstəlik, rusların onu sadəcə burnundan tutduqlarını söyləmək olar”, – Hoylan bunun Kremlə “vaxt udmağa” imkan verdiyini qeyd edib.
Xatırladaq ki, Uitkoff Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün avqustun 6-da Moskvaya gəlib. Qarşıdakı söhbətin məzmunu açıqlanmayıb. Səfər Trampın Ukrayna münaqişəsi ilə bağlı ultimatum müddətinin başa çatması fonunda baş verir – o bəyan edib ki, avqustun 8-dək bu məsələdə irəliləyiş əldə olunmasa, ABŞ Rusiya və onun Rusiya neftini alan tərəfdaşlarına qarşı yeni sanksiyalar və rüsumlar tətbiq edəcək.
E.ŞİRİNOV