Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda Avropa Ukrayna üçün yeganə maliyyə yardımı mənbəyidir.
Tezadlar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu barədə “Liberation” qəzetinə bildirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) Avropanın Kiyevi dəstəkləmək üçün kifayət qədər səy göstərməməsi ilə bağlı çıxışlarını şərh edən Fransa xarici işlər naziri vurğulayıb ki, hazırda Ukraynanın maliyyə yardımının 100%-i Avropa ölkələrindən gəlir. Barro qeyd edib ki, kəşfiyyat və hərbi dəstəyin əsas hissəsi də Avropadan gəlir.
22 yanvarda WEF-də Zelenski Avropanı siyasi qətiyyətsizlikdə və özünü necə müdafiə edəcəyini bilməməkdə günahlandırıb.
E.ŞİRİNOV