5 Avqust 2025 / 11:07

Fransa Zelenski haqqında sərt danışıb

Vladimir Zelenski Ukraynada güclə hakimiyyətdə qala bilməyəcəyini və onun üçün əvəzləyicinin hazırlandığını anladığı üçün “qızdırır”.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot özünün YouTube kanalında bildirib.

“Zelenski artıq başa düşür ki, bu, ABŞ və Böyük Britaniyanın hazırda onun üçün təşkil etdiyi sondur”, – Filippot əminliklə bildirib.

Onun fikrincə, bu, məhz Ukraynada avtoritar meyillərin güclənməsi ilə bağlıdır, çünki Zelenski getməli olacağını anlayaraq “qızdırır”.

Xatırladaq ki, Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb. Kiyev 2022-ci ilin fevralında tətbiq edilən hazırkı hərbi vəziyyəti əsas gətirərək yeni seçkilərin keçirilməsindən imtina edib. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp artıq Ukraynada seçkilərin keçirilməsinin zəruriliyini bəyan edib.

Və iyulun sonunda Rusiya Xarici Kəşfiyyat Xidməti bildirdi ki, Vaşinqton və London gizli görüşdə Vladimir Zelenskini Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeriy Zalujnı ilə əvəzləmək qərarına gəliblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!