Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paris Polis Prefekturası bu il 40-cı dəfə keçirilməsi planlaşdırılan “Fransada Müsəlmanların İllik Yığıncağı” tədbirini ölkədə terror təhlükəsi riskinin yüksək olması səbəbindən qadağan edib. Tədbirin 3-6 aprel tarixləri arasında Parisin ətrafı olan Le Burjedə keçirilməsi planlaşdırılıb.
Tezadlar.az bildirir ki, Paris Polis Prefekturası sosial media hesabında verdiyi açıqlamada Fransa Daxili İşlər Naziri Loran Nunezin göstərişi ilə Paris Polis Rəisi Patris Forun tədbirin qadağan edilməsi barədə qərar verdiyini açıqlayıb.
Bəyanatda qərarın artan gərginlik və yüksək terror təhlükəsi ilə xarakterizə olunan milli və beynəlxalq kontekstdə verildiyi və ictimai asayişin pozulması riskinin olduğu, təhlükəsizlik qüvvələrinin yaxın günlərdə intensiv şəkildə yerləşdiriləcəyinin gözlənildiyi bildirilib.
“Bu tamamilə səthi əsaslandırma heç kəsi aldada bilməz”
Tədbirin təşkilatçısı olan Fransa Müsəlmanları Federasiyasının vəkili Sefen Guez Guez Paris Polis Prefekturasının federasiyaya 1 apreldə qadağan barədə məlumat verdiyi platformada bildirib.
Guez Guez polisin bu qərarı müsəlman icmasını mümkün terror hücumlarından qorumaq məqsədi ilə müdafiə etdiyini bildirib və əlavə edib ki, “Bu tamamilə səthi əsaslandırma heç kəsi aldada bilməz”.
Guez Guez həmçinin tədbirin qadağan edilməsinə qarşı federasiya adından Paris İnzibati Məhkəməsinə apellyasiya şikayəti verildiyini və dinləmənin yerli vaxtla səhər saat 9:00-da keçiriləcəyini bildirib.
1984-cü ildən bəri Le Bourgetdə keçirilən “Fransada Müsəlmanların İllik Yığıncağı”nda bu il ölkə daxilindən əhəmiyyətli iştirak gözlənilirdi. Tədbir 2020-2025-ci illər arasında keçirilməmişdi.
E.ŞİRİNOV