Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 11:33

Fransanın birinci xanımı bu səbəbdən ələ salınıb

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Monakoya səfəri zamanı növbəti dəfə ictimaiyyətin diqqətini çəkib.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, o, uyğunsuz geyindiyi, ayaqqabı yerinə idman ayaqqabısı seçdiyi üçün ələ salınıb.

“Dövlət səfəri üçün bu idman ayaqqabısından daha uyğun bir şey yoxdur, Bricit? Bəs fransız zərifliyi necə?” – Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Bricit Monakoya dövlət səfəri zamanı uyğun olmayan ayaqqabılar seçib. O qeyd edib ki, birinci xanımın geyindiyi idman ayaqqabısı bu hadisə üçün çox da uyğun deyil.

Xatırladaq ki, Makronlar Vyetnamdakı qalmaqaldan sonra Fransa mediasının manşetlərini çıxarmışdılar. Daha sonra Makron arvadı Bricitdən üzünə sillə vurub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!