Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın “Rafale” qırıcıları beynəlxalq bazarda mövqelərini itirməkdədir.
Tezadlar.az xəbər verir ki, Peru hökuməti 3,5 milyard dollar dəyərində 24 ədəd İsveç istehsalı “Saab Gripen” təyyarəsi almağa hazırlaşır. Seçim daha münasib qiymət və texnologiya transferi imkanları ilə əsaslandırılıb.
Digər tərəfdən, Belçika 1 milyard avroya 11 ədəd ABŞ istehsalı “F-35” qırıcısı alacağını açıqlayıb. Fransa Belçikaya “Rafale” satmağa çalışsa da, müdafiə naziri “F-35″in rəqiblərini, o cümlədən “Rafale”i dəfələrlə üstələdiyini bildirib.