23 İyul 2025 / 19:22

Füzuli rayonundakı yanğın meşə ərazisini təhlükəyə atıb

Füzuli rayonu ərazisindəki yanğın ərazidəki meşələrə ciddi təhlükə yaratmaqdadır. Tezadlar.az xatırladır ki, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın təhlükəsi durmadan artışr.  Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-in Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hələ də yanğına səbəbkar olanların kimliyi bəlli deyil.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!