21 İyul 2025 / 11:57

Füzulili abituriyent yüksək balla BANM-nin tələbəsi oldu – FOTO

Qarabağımızın yetirməsi olan Aynur Əskərova l ixtisas qrupu üzrə 686.5 bal toplayıb. O, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq istəyir.
TEZADLAR.AZ   xəbər verir ki,  bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
“Aynur Əskərova Füzuli rayon 3 nömrəli tam orta məktəbi fərqlənmə atestatları ilə bitirib. Abituriyenti təbrik edir, uğurlar arzulayırıq!
Eyni zamanda, Aynurun bitirdiyi məktəbin direktoru Ruhiyyə müəlliməni, müəllimlərini və valideynlərini ürəkdən təbrik edirəm”. – deyə rektor bildirib.
Doğrudan da rayonlarda fəaliyyət göstərən məktəblərimizin, xüsusilə işğaldan azad olunmuş bölgələrimizdə təhsilin yüksək səviyyədə təşkilinə, abituriyentlərin ali məktəblərə yüksək keçid balı ilə qəbuluna görə sevinməyə dəyər. Bu işdə həm orta məktəbdə təhsil alan şagirdlərin, həm də keyfiyyətli təhsil verən müəllimlərin əməyi danılmazdır. Təhsil səviyyəsi çox aşağı olan digər bölgə məktəbləri üçün örnək ola bilər… Düşünməyə dəyər.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!