1 İyun 2023 / 13:58

GƏMİQAYIRMA ZAVODUMUZ YENİ NÖV GƏMİ İSTEHSAL EDƏCƏK

Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodu MMC,

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Niderlandın Damen Shipyards Gorinchem B.V. şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda Damen şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq”, – nazir qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!