Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Yanvar 2026 / 12:12

“Gəlin bu müharibəyə son qoyaq” – Zelenski Rusiya və ABŞ ilə üçtərəfli görüş planlarını açıqlayıb

Zelenski qeyd edib ki, bütün tərəflər birlikdə çalışsalar, müharibə bitə bilər, amma…

Bütün Ukrayna danışıqlar qrupu Birləşmiş Ərəb Əmirliklərində Rusiya və ABŞ ilə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.

Tezadlar.az xəbər verir ki, prezident Vladimir Zelenski bunu Davosda jurnalistlərlə görüş zamanı açıqlayıb.

Onun sözlərinə görə, Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirilo Budanov, Prezident Aparatının rəhbərinin birinci müavini Sergey Kıslıtsya, Ali Radada Xalqın Xidmətçisi fraksiyasının sədri David Araxamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Hnatov təmsil edəcək.

“Hərbçilər iştirak etməlidirlər. Bu, danışıqlar səviyyəsində üçtərəfli görüş olacaq. Nəticənin necə olacağını görəcəyik. Onlar iki gün işləyəcəklər”, – Zelenski deyib.

O, görüşdən nə gözləyəcəyini hələ bilmədiyini əlavə edib. Eyni zamanda, o, Ukraynanın görüşdə Rusiyanın sülh planının müxtəlif məqamlarını müzakirə etməyə hazır olub-olmadığını görəcəyini qeyd edib.

“Sonra onlardan məlumat alacağam; onlar mənə danışıqlarda əhval-ruhiyyənin necə olduğunu, ortaq məxrəc tapıb-tapmadıqlarını deyəcəklər. Düşünürəm ki, bütün tərəflər çox çalışsalar, bu müharibəyə son qoyacağıq. Amma kimsə oyun oynasa, müharibə davam edəcək”, – deyə Zelenski əlavə edib.

Prezident Zelenski jurnalistlərə bildirib ki, BƏƏ-dəki üçtərəfli görüşlərdə tərəflər bir-birinə Ukraynanın şərqindəki ərazilərlə bağlı seçimlər təqdim edə bilərlər.

Sülh danışıqları

Prezident Vladimir Zelenski əvvəllər Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli görüşün təşkil olunacağını elan etmişdi. O, BƏƏ-dəki görüşün 23 və 24 yanvarda baş tutacağını qeyd etmişdi.

Trampla danışıqlardan sonra Zelenski həmçinin müharibənin bitməsi ilə bağlı Ukrayna-Amerika sənədlərinin “demək olar ki, hazır olduğunu” bildirib. Onun sözlərinə görə, Rusiya da bu müharibəni bitirməyə hazır olmalıdır və buna görə də Moskvaya təzyiq, Ukraynaya isə dəstək artmalıdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!