Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Mart 2026 / 12:37

General Əli Məhəmməd Naini öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini aviazərbələri nəticəsində həlak olub.

İran dövlət mediasının cümə günü verdiyi məlumata görə, İran İnqilab Keşikçilərinin sözçüsü Əli Məhəmməd Naini ABŞ və İsrailin birgə hücumları zamanı öldürülüb. Onun ölümü ABŞ-ın Körfəzdəki dəniz qüvvələrinə qarşı çıxan xəbərdarlıqdan bir neçə dəqiqə sonra baş verib.

 Tezadlar.az  xəbər verir ki, bu məlumatı SEPAH öz Telegram kanalında təsdiqləyib.

“Dərin kədər və eyni zamanda qürur hissi ilə, müqəddəs Ramazan ayının son günündə səhər tezdən qəddar Amerika-sionist terror hücumunun qurbanı olan mədəniyyət və media xadimi, SEPAH general-mayoru Əli Məhəmməd Naininin şəhid olduğunu elan edirik”, – dövlət televiziyasının mətbuat xidməti bildirib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!