Əsas məzmuna keç

Paşinyan metroda sərnişinlə Qarabağ mövzusunda mübahisə etdi

Tezadlar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan metrosunda sərnişinlərdən biri ilə qarşıdurma yaşayıb. Hadisə zamanı Baş nazir və sərnişin arasında Qarabağ mövzusunda sərt dialoq qeydə alınıb. Paşinyanın səsləndirdiyi kəskin fikirlər ölkə gündəmində ciddi müzakirələrə yol açıb.

Qeyd edək ki, N. Paşinyan bir müddət əvvəl verdiyi bəyanatda Qarabağ ermənilərinin geri qayıtması məsələsinin sülh prosesinə təhdid ola biləcəyini vurğulamışdı. O, “Qarabağ hərəkatı” mövzusunun artıq bağlandığını və Ermənistanın gələcəyinin Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçdiyini bildirmişdi.

Səbinə Bağırova 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…