3 Fevral 2026 / 08:53

GENERALIN İKİNCİ EVLİLİYİ NİYƏ QALMAQAL YARATDI?- SƏBƏB

…Həyat bir imtahandır! Bu imtahan kimini uduzdurur, kimini yenidən imtahana çəkir… Kimini də dilə- dişə salır… Qısası, bəzən rast gəlirik ki, qadın dünyasını dəyişir, körpə uşaqlar anasız- qayğısız böyüməsin deyə, kişi ikinci evliliyə məcbur olur. Bəzən də əksinə olub, kişi erkən dünyasını dəyişib, qadın dul qalıb uşaqlarının atasız- böyüksüz böyüməməsi üçün məcburən ikinci evliliyə razı olub. Fərqli hallar daha çoxdur: həyat yoldaşı vəfat edən tərəf ömrünün sonunadək taleyi ilə barışıb, uşaqlarını təkbaşına böyütmək yükünü öz çiyninə götürüb. Bildiyim qədər, Xalq şairi Nəriman Həsənzadə həyat yoldaşını erkən itirib və indiyədək də bu itkinin ağır yükünü təkbaşına yaşamaqda və daşımaqdadır…
XXX
Gəlirəm mətləbə: sosial şəbəkələrdə general Nazim Əliyevin ikinci dəfə ailə qurmaq qərarı müzakirə predmeti olub. Hüquqşünas Bəxtiyar Abdullasoy bu tip yersiz müzakirələrə özünün sosial platformasında maraqlı şərh verib: “Təqaüddə olan polis general-mayoru, DİN PA-nın sabiq rəisi, hüquq elmləri doktoru Nazim Əliyevin nikaha daxil olması cəmiyyətdə geniş rezonans doğurmuşdur.
Əvvəlcə aydınlıq gətirək nikah nədir?
Nikah-kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır.
Nikahın xüsusiyyətləri:
-Könüllülük
-Rəsmiyyət
-Yaş həddi
-Hüquqi nəticələr
– Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən “Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda (18 yaş) ailə qurmaq hüququ vardır. Nikah könüllü razlıq əsasında bağlanılır. Heç kəs zorla evəndirilə (ərə verilə) bilməz.
Yuxarıda qeyd etdiklərimdən aydın olur ki, N.Əliyev və onun ailə qurduğu xanım qanunla qadağan olunmuş hər hansı hərəkətə yol verməyib. Konstitusiya ilə müəyyən olunmuş nikah hüquqlarından istifadə etmişlər.
Məsələnin digər tərəfi;
N.Əliyevin xanımı uzun illər öncə vəfat etmişdir. O ailəsini, övladlarını atıb yeni xanım sevdasına düşənlərdən də deyildir. Bu səbəbdən hesab edirəm ki, h.e.d Nazim Əliyevin yeni nikaha daxil olmasında həm hüquqi, həm də mənəvi cəhətdən heç bir uyğunsuzluq yoxdur. Bizə düşən Allah xoşbəxt etsin deməkdir.
Özünə hörmət qoyan kişi, başqasının xanımının şəkillərini tirajlamaz!!!”.
Yadıma məşhur hind filmlərinin birindı səslənən bu iki bənd düşür. Talelərdən bəhs edən filmdə deyilir: “…Kim bilir başına nələr gələcək… Bəxtin ağlayacaq, yoxsa güləcək?!”.
Asif Mərzili
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!