3 Fevral 2026 / 21:57

Şok açıqlama: Günel Tatlısəsin var-dövləti ilə bağlı danışdı

Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıdıb.

Tezadlar.az xəbər verir ki, sənətçi bu haqda “İncə səhər” verilişində danışıb. O, bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır:

“Azərbaycandayam. Burada da ev sahibi oldum. Hələ torpaqdır. Bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam”.

Günel türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqda xəbərlərə belə reaksiya verib:

“İbrahim Tatlısəs mənə mal varlığını verməyib. İbrahimin 6 övladı var. Mənə deyir ki, sən də övladımsan. Yeddinci övladıyam. Allah övladları ilə arasına girən şeytanı məhv etsin. Mənə balaca bir şey versə də, aldım qəbul etdim”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!