Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Qaziantep şəhəri yalnız zəngin mətbəxi ilə deyil, həm də rəngarəng kənd təsərrüfatı ilə turistlərin diqqətini cəlb edir.
“Tezadlar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yay aylarında şəhərin yüksək təpələrində asılan rəngli bibər, badımcan və balqabaqlar günəşin altında quruyarkən bölgəyə özünəməxsus gözəllik də bəxş edir.
Belə ki, tarlalardan yığılan tərəvəzlərin içi əvvəlcə təmizlənir. Daha sonra ipə düzülərək taxta rəflərə asılır və günəşin istisində təbii şəkildə quruyur.
Bu proses nəticəsində həm bölgəyə xas ləzzətlər ortaya çıxır, həm də turistlər üçün cəlbedici vizual mənzərə yaranır.