Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2024 / 13:07

“GÜRCÜSTAN MİLLİ LEGİONU” TERRORÇU VƏ EKSTREMİSTLƏR SİYAHISINA DAXİL EDİLİB

“Gürcüstan Milli Legionu” könüllü hərbi birləşmə Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Tezadlar.az bildirir ki, bu barədə “Rosfinmonitorinq” saytında məlumat verilib.

Əvvəllər qurum Rusiya məhkəməsi tərəfindən terror təşkilatı kimi tanınıb.

FTX-nin məlumatına görə, legion 2014-cü ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin himayəsi altında yaradılıb və milli əsasda toplanmış ən böyük silahlı birləşmədir. Onun üzvləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edir, həmçinin Rusiya ərazisində təxribat və terror aktlarının təşkilində, Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularına işgəncə verilməsində və mülki şəxslərin öldürülməsində iştirak edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!