Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanda başladılan “İşıq paylaş” kampaniyası çərçivəsində sadə vətəndaşlar, şirkətlər, böyük mağaza şəbəkələri, təhsil müəssisələri pul toplayaraq 400 işıq generatoru alıblar.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, qeyd olunan kampaniya 2 həftə davam edib və ümumilikdə 497 000 lari məbləğ toplanıb. Alınan generatorlar Ukraynada sığnacaq məntəqələrinə, uşaq bağçalarına, təhsil müəssisələrinə və s. yerlərə təqdim olunacaq.
Son bir neçə aydır ki, Rusiya işğalçıları Ukraynanın enerji mənbələrinə hücumlar həyata keçirir və nəticədə minlərlə ailə və dövlət müəssisələri işıqsız qalıb.
Azərbaycandan da bu günlərdə Ukraynaya humanitar yardım göndərildi…
A.Məmmədli