Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2023 / 06:31

GÜRCÜSTAN UKRAYNAYA SİLAH VERİLMƏSİNİN ƏLEYHİNƏ ÇIXDI

Dünyanın 12 ölkəsi Ukraynaya ağır texnika və digər silah-sursat göndərməyi qərarlaşdırdı…

Bu arada Gürcüstanda Ukraynaya silah göndərilməsinin əleyhinə çıxışlar başlayıb. Belə ki, “Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik”, -deyən hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisə cavabında əlavə edib ki, “İkinci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən isə dolayı yollarla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik. Ukrayna hökumətinin nümayəndələrinin praktiki olaraq açıq formada belə çağırışlar etməsi çox təəssüf doğurur. Təbii ki, bu ciddi problemdir”.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Kobaxidzenin bu bəyanatını dəstəkləyənlərin sayı artır. Bu etirazlara səbəb isə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinis Gürcüstanın Ukraynaya silah və hərbi texnika tədarük edən tərəfdaşlar siyahsına qoşulacağına ümid etdiyini deməsidir.

Ukraynaya hərbi yardımların isə arası kəsilmir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!