Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az Azərbaycanla sıx iqtisadi əlaqəsi olan Gürcüstanın banklarına pul köçürmələrinə dair maraqlı statistikanı əldə edib. Məlum olur ki, 2025-ci ilin dekabr ayında Gürcüstana 337,95 milyon ABŞ dolları məbləğində pul köçürməsi daxil olub. Bu barədə məlumat Milli Bankın hesabatında yer alıb. Hesabata əsasən, pul köçürmələrinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artıb. Milli Bankın məlumatına görə, xaricdən Gürcüstana daxil olan pul köçürmələrinin 97,3 faizi dekabr ayında hər birindən 1 milyon ABŞ dollarından çox vəsait göndərilmiş 29 əsas tərəfdaş ölkənin payına düşüb. Ötən ilin dekabrında isə ümumi pul köçürmələrinin 97,1 faizi həmin ölkələrdən daxil olub. Məlumatda qeyd olunur ki, ötən ilin dekabr ayında pul köçürmələrində Avropa İttifaqı ölkələrinin payı 45,18 faiz, digər ölkələrin payı isə 54,82 faiz təşkil edib. Ayrı-ayrı ölkələr üzrə ən çox pul köçürməsi Amerika Birləşmiş Ştatlarından həyata keçirilib. Hesabat dövründə ABŞ-dan Gürcüstana 63,71 milyon ABŞ dolları (18,85 faiz) göndərilib. Onu 58,67 milyon dollarla İtaliya (17,36 faiz) və 43,47 milyon dollarla Rusiya (12,86 faiz) izləyib.
Pul köçürmələri üzrə ilk 10 ölkə aşağıdakılardır: ABŞ – 63,71 mln dollar (18,85%)
İtaliya – 58,67 mln dollar (17,36%)
Rusiya – 43,47 mln dollar (12,86%)
Almaniya – 30,02 mln dollar (8,88%)
Yunanıstan – 27,54 mln dollar (8,15%)
İsrail – 26,92 mln dollar (7,97%)
Türkiyə – 11,68 mln dollar (3,45%)
İspaniya – 8,97 mln dollar (2,65%)
Qazaxıstan – 7,63 mln dollar (2,26%)
Fransa – 6,69 mln dollar (1,98%)
Eyni zamanda, 2025-ci ilin dekabr ayında Gürcüstandan xarici ölkələrə 40,8 milyon ABŞ dolları (110,2 milyon lari) köçürülüb. Bu göstərici 2024-cü ilin dekabr ayı ilə müqayisədə 17,5 faiz çoxdur.
Diqqət çəkən odur ki, bu 10-da Azərbaycan mənsubiyyətli şirkət yoxdur. Deməli, yatırımlar və ya vəsaitlər Azərbaycana daha vacibdir.
A.Məmmədli