Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda ərzaq və yanacaq qiymətlərinin azaldılması ilə bağlı iş prosesi aprelin sonunda yekunlaşacaq və əhəmiyyətli nəticələr əldə olunması gözlənilir.
Tezadlar.az xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani məlumat verib. Onun sözlərinə görə, şirkətlər tərəfdən qiymətlərin azaldılmasına hazır olduqları bildirilib: “Komissiya iki həftə ərzində fəaliyyət göstərdi. Ərzaq sektorunda fəaliyyət göstərən şəbəkə marketlər, idxalçılar və istehsalçılarla görüşlər keçirildi. Daha sonra komissiyanın mandatı genişləndirildi və əczaçılıq sektoru nümayəndələri, eləcə də yanacaq şirkətləri ilə görüşlər keçirildi. Vacibdir ki, bütün görüşlərin sonunda şirkətlər qiymətlərin azaldılmasına hazır olduqlarını bildirdilər ki, bu artıq çox müsbət haldır. Proses parlamentə təqdim olunacaq və xüsusi işçi komissiyanın çərçivəsində müzakirə ediləcək. İşimizi aprelin sonunda başa çatdıracağıq və əhəmiyyətli nəticələr gözlənilir”, – deyə Levan Jorjoliani vurğulayıb.
24News.ge