Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüsatnın Əks-Kəşfiyyat Departamenti və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları Batumi şəhərində keçirdikləri birgə əməliyyat zamanı radioaktiv kimyəvi element olan uranın qanunsuz dövriyyəsi və satışı faktı üzrə iki nəfəri – biri Gürcüstan, digəri isə xarici ölkə vətəndaşı olan şəxsi saxlayıblar.
TEZADLAR.AZ 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər uranı 3 milyon ABŞ dollarına satmaq niyyətində olublar. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilir ki, sözügedən nüvə materialı – radioaktiv uran – alfa və qamma şüalanmasının yüksək dozalarına malikdir və müxtəlif partlayıcı qurğuların hazırlanması, terror aktlarının həyata keçirilməsi və digər kütləvi insan tələfatına səbəb ola biləcək məqsədlər üçün istifadə oluna bilər. Faktla bağlı Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi üzrə cinayət işi açılıb. Həmin maddə üzrə təqsirli şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, bu əməliyyatla transmilli cinayət fəaliyyətinin qarşısı alınıb və gələcəkdə baş verə biləcək təhlükəli hadisələrin qarşısının alınmasına nail olunub.