Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycanda isə ötən il ÜDM 13292,2 manat olub.
Gürcüstanın Milli Hökumət Administrasiyasının məlumatına əsasən, cari ilin sonunadək ölkədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 8 min dollar təşkil edəcək.
Beynəlxalq Valyuta Fondunun ortamüddətli proqnozuna görə, 2027-ci ilə qədər Gürcüstan iqtisadiyyatı adambaşına gəlirin məbləği 10 000 dollar həddi keçəcək və ən azı 10 540 dollar təşkil edəcək. 2030-cu ilə qədər isə bu rəqəm 15 000 dollara çatacaq. Bundan sonra Gürcüstan yüksək gəlirli ölkələrin sırasında qərarlaşacaq.
TEZADLAR.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,6% təşkil edib və ÜDM-in nominal həcmi 133,8 milyard manat təşkil edib. Beləliklə, ötən il, ölkədə adambaşına ÜDM 13292,2 manat olub. Bu isə təqribən 7 818 ABŞ dolları deməkdir.
Qeyd edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasına gğrə, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2023-2025-ci illərdə orta hesabla təxminən 1.5 % artacaq.
Lakin Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,7%, optimist ssenaridə – 3,3% təşkil edəcək.
Y.MƏMMƏDLİ