Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaşayış məntəqələrindən yan keçməklə Gürcüstan və Türkiyəni birləşdirəcək yeni avtomagistral çəkiləcək.Tezadlar.az bildirir ki, Gürcüstanın İnfrastruktur Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, avtomagistralın inşasına nəzarət üzrə beynəlxalq tender elan olunub. Asfalt-beton örtüklü 11,3 kilometr uzunluğa malik olacaq yeni avtomagistral Batumi dolama yolunu Türkiyənin sərhədindəki Sarpi məntəqəsi ilə birləşdirəcək. Yolun əsas hissəsi yaşayış məntəqələrini yan ötməyə imkan verəcək 7,6 kilometr uzunluqda tunel, 1,47 kilometrlik körpüdən ibarət olacaq. Layihənin ilkin dəyəri 14 milyon ABŞ dolları təşkil edir. Maliyyələşməni Asiya İnkişaf Bankı həyata keçirəcək. Avtomagistralın inşasına nəzarət üzrə xidmətlərin müddəti 48 ay təşkil edəcək.
Beləliklə, Gürcüstanın Türkiyə ilə quru yol əlaqəsində daha bir strateji struktur formalaşacaq.