13 May 2024 / 16:50

GÜRCÜSTANIN HAKİM PARTİYASININ TƏSİSÇİSİ ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ İLƏ GÖRÜŞDƏN İMTİNA EDİB

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və onun fəxri sədri Bidzina İvanişvili mayın 14-də Tbilisiyə səfər edəcək ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenlə görüşdən imtina edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Bu tələb O`Brayenin Bidzina İvanişvili ilə görüşü ilə əlaqədar edilib, o, bundan imtina edib”, – Kobaxidze bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!