Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


HƏMAS Qəzza zolağında saxlanılan 50-yə yaxın ikili vətəndaşlığı olan girovları azad edə bilər.
Bu barədə İsrail ordusunun rəsmisinə istinadən “The New York Times” yazıb.
Nəşrin yüksək rütbəli həmsöhbəti qeyd edib ki, ABŞ və Qətər nümayəndələri arasında aparılan danışıqlar nəticəsində müvafiq razılaşmalar əldə oluna bilər. O qeyd edib ki, ikili vətəndaşı olan girovların azad edilməsi heç bir irimiqyaslı sövdələşmənin tərkib hissəsi olmayacaq.
CNN daha əvvəl bildirmişdi ki, ABŞ Qəzza zolağında quru əməliyyatının başlanmasını ləngitmək və girovların azad edilməsini təmin etmək üçün İsrailə təzyiq edib. İsrail Müdafiə Qüvvələrində HƏMAS-ın 222 nəfərə yaxın adamı girov saxladığı barədə məlumat var.
Qətər Xarici İşlər Nazirliyi oktyabrın 21-də bildirib ki, hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında saxlanılan girovların azad edilməsi məsələsini telefonla müzakirə ediblər. Xarici İşlər Nazirliyinin bəyanatına görə, Şeyx Məhəmməd Blinkenlə söhbətində “Qətərin girovları azad etmək və Qəzza zolağında gərginliyi azaltmaq üçün ABŞ və digər beynəlxalq tərəfdaşlarla koordinasiyanı davam etdirmək niyyətini bir daha təsdiqləyib”.
E.ŞİRİNOV