Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2024 / 03:50

HƏMAS LİDERİ TEHRANDA ÖLDÜRÜLÜB VƏ…

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə ötən gün Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb…

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu barədə İran televiziyaları və İRNA Agentliyi məlumat yayıb.  İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.  İran dövlət televiziyasının İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə HƏMAS lideri Tehrandakı iqamətgahında hücuma və sui-qəsdə məruz qalıb.  Hücum zamanı Həniyyənin mühafizəçilərindən birinin də öldüyü bildirilir. 

Lakin sui- qəsdin hansı qruplaşmalara aid olduğu barədə rəsmi açıqlama hələki yoxdur… 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!