Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2025 / 10:15

QARABAĞ DA KANATLANIR: XANKƏNDİ-ŞUŞA-İSTİSU-KƏLBƏCƏR-LAÇIN” KANAT YOLU

…Artıq memarlar və tikinti mütəxəssisləri Prezident İlham Əliyevin göstərişi ilə daha strateji sayılan Xankəndidən Şuşaya kanat yolunun layihəsinə başlanıb. ABŞ- da yaşayan professor Tariyel Azərtürk yazlr: “…Sabah Şuşadan İstisuya gedəcək kanat yolu – şəhərlərarası məsafəni dəqiqələrə endirib, dağlardakı serpantin yolları “yumşaq vaqona” çevirəcək. Halbuki Prezident özü bu yolları tunel, körpü, viaduk və bir neçə zolaqlı asfalt geniş yollarla “yumşaq vaqona” çevirib. Şuşa Topxana meşəsinin sahibinə çevrilmək üçün Təbiətin geniş və dərin Dərə ilə ayırdığı özünün bu tayına – aynalı və tacyollu körpülərlə adlayacaq. Şəkillərdəki kimi. Bu taydan isə İstisuya 15-20 min metr uzunluğunda zirvələr boyu kanat yolu çəkiləcək. Oradan Kəlbəcərin mərkəzinə, az sonra isə oradan Laçın şəhərinə enəcək. Xəritədəki kimi. Bundan sonra bu yerlərdə turistləri yığıb-yığışdırmaq mümkün olmayacaq. Nəyi gözləyirsiz? Pul qazanmaq istəmirsiniz?
Sərmayəni Qəbələdəki kimi milyarder və milyonerlər də yatırda bilərlər…”.
Bəli, Qarabağ təkcə yerüstü asfaltla təzələnmir, həm də tezliklə hava yolu- kanatla aləmi dolaşacaq…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!