Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

HƏMAS ABŞ Prezidenti Donald Trampa məktub göndərərək saxlanılan girovların yarısının azad edilməsi müqabilində Qəzza zolağında 60 günlük atəşkəsə zəmanət verməyi xahiş edib.
“Təzadlar” xəbər verir ki, bu barədə “Fox News” administrasiyanın yüksək vəzifəli nümayəndəsinə və danışıqlarda iştirak edən mənbəyə istinadən bildirib.
Məlumata görə, məktub hazırda Qətərdədir və bu həftə Trampa təqdim ediləcək.
İsrail bu ayın əvvəlində Dohada HƏMAS rəhbərliyini məhv etməyə cəhd etdikdən sonra Qətərin 48 girovun azad edilməsi üçün vasitəçilik səylərini dayandırması danışıqları çətinləşdirib.