6 Oktyabr 2025 / 07:30

HƏMAS Trampın planının bir hissəsi kimi silahları yerə qoyacağı iddialarını rədd edir

HƏMAS siyasi bürosunun üzvü Mahmud Mərdavi ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planının bir hissəsi olaraq silahlarını yerə qoymaq niyyəti ilə bağlı yayılan xəbərləri təkzib edib.

Tezadlar.az xəbər verir ki, bəyanat sentyabrın 5-də Fələstin qrupunun Telegram kanalında dərc olunub.

“Mahmud Mərdəvi Əl Hadath TV və bir sıra digər KİV-in atəşkəs danışıqlarının gedişi (Qəzza zolağında – RED.) və hərəkatın silahların yerə qoyulması barədə mövqeyi ilə bağlı yalan iddialarını təkzib edib”, – bəyanatda deyilir.

Bundan əvvəl mətbuatda HƏMAS-ın Trampın planı əsasında sülh sazişinə razılıq verməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. Əl-Cəzirə bildirib ki, HƏMAS nümayəndələri Qəzza zolağının idarəçiliyini müstəqil siyasi qrupa təhvil verməyə razılaşıblar. Qrup üzvləri Fələstin milli konsensusu əsasında seçiləcək, ərəb və digər islam dövlətləri tərəfindən təsdiqlənəcək.

Bundan başqa, HƏMAS-ın mübadilə üçün lazımi şərtlərə riayət etməklə sağ qalan girovları azad etməyə və ölənlərin cəsədlərini qaytarmağa hazır olduğu qeyd edilib.

Xatırladaq ki, sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həlli planını təqdim edib. O, Trampın özünün sədrlik edəcəyi nəzarət orqanının – “Sülh Şurası”nın yaradılmasını, İsrail qoşunlarının anklavdan tamamilə çıxarılmasını və HƏMAS üzvlərinin anklavdan “qovulmasını” tələb edir.

Oktyabrın 3-də HƏMAS yaraqlıları cavab veriblər ki, onlar sağ qalan girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazırdırlar. İsrail hakimiyyəti də öz növbəsində Qəzza zolağının ələ keçirilməsi üzrə hərbi əməliyyatı dayandırmaq qərarına gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!