17 Sentyabr 2025 / 18:57

Hərbi eksper də təhsilimizdəki müəmmalardan yazdı

“Bu gün Azərbaycanin sosial şəbəkələrində ən çox müzakirə olunan məsələ bundan ibarətdir: Niyə görə pedaqoji sahədə təhsilini başa vuraraq az əvvəl diplom alan müəllimlərin bir çoxu MİQ imtahanından keçid balını toplaya bilmir?”. Bu sualı təhsilikizə cavabdehlərə ünvanlayan Hərbi ekspert Ədalət Verdiyev bu və ya digər suallara cavabı da özü verərək əlavə edir: “Cavab və təkliflər çox sadədir:
1. İlk növbədə keçid balını toplaya bilməyən universitetləri aşkara çıxarın.
2.Ardınca həmin universitetlərin dərs proqramına baxın.
3.Həmin dərs proqramında MİQ imtahanlarına salınan suallara rast gəldiniz? Problemin əsas kökü burdadır. Dərsliklər tələblərə cavab vermir.
4. İstedadlı uşaqlara xüsusi diqqət olmalıdır.
5. Təhsil institutu bütün sahələr üzrə təkliflərini ictimaiyyətə təqdim etnəlidir. Bu təkliflər inkişaf edən ölkələrin təcrübəsinə əsaslanmalıdır. 30 ildir ki, konkret təhsil modelini tapa bilmirik. Belə olan halda bir dost və ya müttəfiq ölkə modelini götürün və uyğunlaşdırıb tətbiq edin”.
Tezadlar.az xatırladır ki, müəllimlərin tesdən keçirilməsində ciddi problemlər var və daim müzakirə mövzusudur.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!