Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan aldığı neftin həcmini azaltdığını və azaltmaq niyyətində olduğunu bildirib. Tezadlar.az CNN- ə istinadla xatırladır ki, Tramo bu barədə Ağ Evdə ənənəvi çıxışı zamanı bildirib. O, Hindistanın baş naziri Narendra Modini nəzərdə tutaraq deyib: “Rusiyadan çox neft almayacaqlar. Onlar neft alışlarını əhəmiyyətli dərəcədə azaldıblar və bu azaltmağa doğru davam edəcək”.
Tramp onu da deyib ki, oktyabrın 21-də Modi ilə ticarət məsələlərini müzakirə etmək üçün telefon danışığı olub. Amerika liderinin sözlərinə görə, Hindistanın baş naziri Ukraynada müharibəyə son qoyulmasını istəyir.
Xatırladaq ki, Hindistan Gürcüstanda neft hasilatı ilə bağlı danışıqlar da aparıb. Belə ki, Gürcüstanın Azərbaycana yaxın Ucarma rayonu bölgəsində hələ Sovetlər dönəmində neft quyuları istismara verilib, lakin dərinlik səbəbindən həmin quyular qapadılıbş istismarı dayandırılıb. İndi də həmin quyulardan təbii yolla çıxan neft qarışığından müalicəvi məqsədlərə istifadə edilir, ərazidə sanatoriya fəaliyyətdədir.
A.Məmmədli