3 Fevral 2026 / 03:17

Hindistan Rusiyadan neft almağı dayandıracaq – Tramp

Amerika lideri hesab edir ki, bu, Ukraynadakı müharibənin bitməsinə kömək edəcək.

Tezadlar.az-ın məlumatına görə, Amerika prezidenti Donald Tramp iddia edir ki, Hindistanın Baş naziri Narendra Modi onunla telefon danışığında Rusiya neftini almağı dayandırmaq və ABŞ-dan və potensial olaraq Venesueladan yanacaq almağa keçmək barədə razılığa gəlib.

“Biz ticarət və Rusiya və Ukrayna ilə müharibənin bitməsi də daxil olmaqla bir çox şey haqqında danışdıq. O, Rusiya neftini almağı dayandırmağa və (bu xammalın) daha çoxunu ABŞ-dan və potensial olaraq Venesueladan almağa razılaşdı”, – deyə Trampın Modi ilə telefon danışığının Truth Social tərəfindən dərc olunmuş transkriptində deyilir.

“Bu, Ukraynadakı müharibənin bitməsinə kömək edəcək”, – deyə Amerika lideri hesab edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!