Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu “Peycer əməliyyatı”ndan sonra Livanda Hizbullaha qarşı ən böyük zərbəni endirib. Tezadlar.az Haber- Türk-ə istinadla bildirir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib. Nazirin sözlərinə görə, İsrail ordusu Livanda yüzlərlə Hizbullah üzvünü hədəf alıb. Katz Hizbullah lideri Naim Qasımı da təhdid edib. Sitat: “O, Nəsrullahın həyatının son anlarında – 7 oktyabrdan sonra İsrailin öz vətəndaşlarına nə İrandan, nə də Livandan heç bir təhdidi qəbul etməyəcəyini başa düşdüyünü anlamadı. Qatı terrorçu Naim Qasımın da növbəsi çatacaq”.
Qeyd edək ki, 2024-cü ildə İsrailin Livanda peycer rabitə cihazlarını uzaqdan müdaxilə ilə partlatması nəticəsində minlərlə insan ölüb və ya yaralanıb.