Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2025 / 12:55

Hizbullahın iki komandiri öldürüldü- İSRAİLİN DRONLARLA HÜCUMU ZAMANI

İsrailin Livanın cənubuna endirdiyi dron zərbələri nəticəsində Hizbullahın iki komandiri zərərsizləşdirilib.

TEZADLAR.AZ   xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Öldürülən komandirlərdən birinin Hizbullahın Şeba bölgəsinin tank-əleyhinə bölməsinin komandiri Muhəmməd Əhməd Xreys olduğu və onun Nəbatiyə adlı əraziyə endirilmiş dron zərbəsi nəticəsində həlak olduğu bildirilir.

“Müharibə zamanı terrorçu İsrailə qarşı bir sıra hücumlar, o cümlədən 2024-cü il aprelin 26-da Dov dağında həyata keçirilən və İsrail Müdafiə Qüvvələrinin mülki podratçısı Şərif Səvadiyin həlak olması ilə nəticələnən tank əleyhinə raket hücumunu həyata keçirmişdi”, – IDF məlumatında qeyd olunur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!