18 İyul 2025 / 15:15

Hökməlidə uzunluğuna görə “rekorda imza atan” zibilxana- FOTOLAR-VİDEO

Hökməlidə mövcud olan və aylarla təmizlənməyən 200 metr uzunluğunda zibilxanaya görə Abşeron rayonu “Ginnesin Rekordlar Kitabı”na düşə bilər.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə  hərbi ekspert Ədalət Verdiyev  sosial şəbəkə hesabında bildirib. Ədalət Verdiyev ərazidəki bərbad durumu videoya da çəkib və diqqətə çatdırıb ki, zibillikli ərazi Hökməli beton yolunun sonunda, yaşayış evlərinin  bir addımlığında yerləşir. O qeyd edib ki,  məsələ ilə heç bir məsul  şəxs maraqlanmır.
” Kənd bələdiyyəsi, rayon icra hakimiyyəti və deputat hara baxır? Ümumiyyətlə,  yolsuz, susuz və zibil içində boğulan bu ərazidən kiminsə xəbəri var? Rəhbər şəxslər bu kəndə gəlmir, əhalinin problemləri ilə qətiyyən maraqlanmır.  Videonu bu gün səhər saat 9-da özüm çəkmişəm”, -deyə  o vurğulayıb .
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!