13 Aprel 2026 / 16:33

Hörmüz boğazında gərginlik artır! İrandan ABŞ-a: Hətta 4-5 dollar dəyərində benzin axtaracaqsınız…

Pakistanın İslamabad şəhərində keçirilən ABŞ-İran danışıqlarından heç bir razılaşma əldə olunmadı.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünən “Hörmüz boğazının blokadası” elan edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldə İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Komandanlığı Hörmüz boğazı ilə bağlı açıqlama verib: “Hər hansı bir səhv addım düşməni Hörmüz boğazında ölümcül bir girdaba salacaq”.

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanda keçirilən İran-ABŞ danışıqları ilə bağlı deyib: “İslabad razılaşmasından bir neçə addım aralıda həddindən artıq iddialı, daim dəyişən məqsədlər və blokada təhlükəsi ilə qarşılaşdıq”.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-a mesaj göndərib: “Hətta 4-5 dollar dəyərində benzin axtaracaqsınız”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!