Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Yakutiyada onlarla sərnişini, şaxtaçıları və İnaqlinski mədən-emalı zavodunun işçilərini daşıyan avtobus magistral yolda aşıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Saxa Respublikasının prokurorluğu Telegram-da məlumat yayıb.
Nəzarət orqanının məlumatına görə, Rusiya regionunda qəzaya uğrayan avtobusda ümumilikdə 40 nəfər olub. Sərnişinlərin göyərmə xəsarətləri aldığı qeyd edilir. Qurbanların sayı barədə məlumat verilmir.
“Prokurorluq yol hərəkəti təhlükəsizliyi haqqında qanunvericiliyə riayət olunmasını, nəqliyyat vasitəsinin lazımi texniki vəziyyətinin təmin edilməsini və digər məsələləri qiymətləndirəcək”, – deyə nəzarət orqanından bildirilib.
E.ŞİRİNOV