Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2024 / 13:40

İKİ AVTOMOBİLİN TOQQUŞMASI NƏTİCƏSİNDƏ 5 NƏFƏR ÖLÜB

Tatarıstanın Aksubayevski rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb.

Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Bakı vaxtı ilə saat 13:07-də ​​Aksubaevo-Emelkino yolunun 23-cü km-də baş verib. “VAZ-2115” qarşıdan gələn zolağa çıxıb və orada “LADA Priora” markalı avtomobillə toqquşub. “VAZ”ı 1978-ci il təvəllüdlü vətəndaş, “LADA”nı isə 69 yaşlı sürücü idarə edib.

“Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və 3 sərnişini aldıqları xəsarətlərdən dünyasını dəyişib”, – idarədən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!