16 Sentyabr 2023 / 15:40

İKİ YÜK GƏMİSİ MÜVƏQQƏTİ DƏHLİZLƏ UKRAYNA LİMANLARINA GEDİR

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, iki yük gəmisi müvəqqəti dəhlizlə Ukrayna limanlarına doğru gedib.

“Resilient Africa” və “Aroyat” iki yük daşıyıcısı artıq Afrika və Asiya üçün təxminən 20 min ton buğda yükləmək üçün Qara dənizin dibi ilə Ukrayna limanlarına üz tutur”, – “Reuters” Kubrakovdan sitat gətirib.

Qeyd olunur ki, gəmilərin hərəkəti ilə bağlı məlumatlara görə, gəmilər Qara dənizin şimal hissəsində yerləşir.

Sentyabrın 3-də Ukrayna prezidenti Vladimir Zelenski iki gəminin Qara dənizdəki müvəqqəti dəhlizdən keçdiyini təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!