8 Noyabr 2023 / 11:06

İLHAM ƏLİYEV XANKƏNDİDƏ HƏRBİ PARADI QƏBUL EDİB

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində keçirilən paradda çıxış edib.

Tezadlar.az xıbər verir ki,  dövlət başçısının çıxışı yaxın saatlarda tam şəkildə yayımlanacaq.

Qeyd edək ki, bu gün Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!