23 Mart 2024 / 07:14

İNTERPOL CROCUS CİTY HALL-DA BAŞ VERMİŞ TERROR AKTININ ARAŞDIRILMASINDA RUSİYAYA DƏSTƏK VERMƏYƏ HAZIRDIR

İnterpol Crocus City Hall-da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yurgen Stok bildirib.

“Krokus Siti Halldakı hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli aktdır. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır”, – o, X sosial şəbəkəsində yazıb.

Təşkilat rəhbəri terror aktı qurbanlarına da başsağlığı verib. “Fikirlərimiz qurbanlar, onların ailələri və dostları ilədir”, – Stok deyib.

Qeyd edəkki, terror aktı martın 22-də axşam Krasnoqorskdakı Crocus City Hallda baş verib. Naməlum şəxslər avtomat silahlardan atəş açıb, binada partlayış baş verib, yanğın başlayıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!