Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2024 / 05:49

İRANIN PREZİDENTİNİN ARDINDAN HƏMAS LİDERİNİN ÖLDÜRÜLMƏSİ SUAL DOĞURUR

Xəbər verildiyi kimi, ayyarım əvvəl İranın prezidenti vertolyot qəzasında həlak oldu…

Ölkədə növbədənkənar seçkilər keçirildi və yeni prezident seçildi. Ötən gün isə HƏMAS lideri öldürüldü. Bunlar suallar doğurmaya bilməz. Ölkədə nə baş verir???

***

Beləliklə, İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə İranın XİN məlumat yayıb. Məlumatda deyilir ki, Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir. Vurğulanıb ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də səhər saatlarında Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!